
ABŞ girovların azad edilməsi ilə bağlı HƏMAS-la danışıqlar aparır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler və qruplaşmanın xüsusi nümayəndəsi Dohada görüş keçiriblər.
HƏMAS-ın girovluğunda olan ABŞ vətəndaşlarının azad edilməsi və Qəzzada atəşkəslə bağlı daha genişmiqyaslı razılıq imkanları müzakirə edilib.
Aysel Əliyeva
Globalinfo.az














