“Gürcüstanın müharibəyə cəlb edilməsi ABŞ üçün arzuolunmazdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
“Gürcüstan hökumətinin “Qərblə Gürcüstan arasında problem Ukraynadakı müharibəyə görə mövcuddur və müharibə qurtaran hər şey ağ vərəqdən başlayacaq” tipli bəyanatları Gürcü Arzusunun təbliğatıdır. Bu onların dağılmış Ukrayna şəhərlərinin fotolarının yayımlaması təbliğatının tərkib hissəsidir. Onlar qorxuya əsaslanan taktikadan istifadə edirlər. Hamı bilir ki, hələ də ABŞ-ın onları müharibəyə cəlb etmələrindən danışırlar, amma bu, yalandır. ABŞ heç vaxt istəməz ki, Gürcüstan müharibəyə cəlb edilsin. Gürcüstan Amerikaya hansı hərbi imkanlar verə bilər ki, bu onu Ukraynada və ya ABŞ-la Avropanın raketlərindən güclü etsin? Cavab heçnədir! Əgər Rusiya-Ukrayna müharibəsi bitsə, bu problemlər olmayacaq, lakin ABŞ-Gürcüstan, AB-Gürcüstan problemi qalacaq”, – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az