İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını bağlaması ilə bağlı açıqlamasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, açıqlama SEPAH-ın X sosial media platformasında dərc edilib.
“Hörmüz boğazında bütün hərəkətlər silahlı qüvvələrin tam nəzarəti altındadır. Hər hansı bir yanlış hərəkət düşməni boğazın ölümcül girdabına çəkəcək”, – bəyanatda deyilir.
Qeyd edək ki, Tramp bazar günü, 12 apreldə Hörmüz boğazının dəniz blokadasını elan etdiyini açıqlamışdı.
Tahir Turan
Globalinfo.az