abs gurcustan

ABŞ Gürcü Arzusu Partiyasının yüksəkvəzifəli məmurlarına qarşı sanksiya tətbiq edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın beyin mərkəzi Hudson İnstitutunun baş elmi əməkdaşı Lyuk Koffi deyib.

Koffi ABŞ-ın Gürcüstana 95 milyonluq yardımı dayandırmasının Tbilisinin fəaliyyətinin nəticəsi olduğunu bildirib:

“Məncə, Gürcüstanın yüksəkvəzifəlilərinə sanksiya tətbiq ediləcək. Bilmirəm kimə və necə sankiyalar tətbiq ediləcək, amma əgər ABŞ təzyiqlərini davam etdirmək istəyirsə, burada yeganə məntiqli addım əməkdaşlığın dondurulması və sanksiyaların tətbiqi olacaq”.

Qeyd edək ki, ABŞ Gürcüstana xarici agentlər haqqında qanunu qəbul etdiyi üçün təzyiqlərini gücləndirib. İndiyə qədər hökumətə ayrılacaq bir sıra yardımlar dayandırılıb, ortaq hərbi təlimlər ləğv edilib. Bunların əvəzində Gürcüstan vətəndaş cəmiyyətinə veriləcək yardımlar artırılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: