mayk

Qətərin ABŞ Prezidenti Donald Trampa təyyarə hədiyyə etməsi ölkənin təhlükəsizliyini təhdid edir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.

“Qətər əslində HƏMAS tərəfdarlarının etirazlarını maliyyələşdirir. Onlar ikili oynayırlar. Əgər bu ölkə ABŞ-a hədiyyə etmək istəyirsə, hərbi bazalarımızın infrastrukturuna 400 milyon dollar sərmayə qoysa, daha yaxşıdır”, – o bildirib.

Pens həmçinin qeyd edib ki, ABŞ Konstitusiyası dövlət məmurlarına xarici ölkədən hədiyyə qəbul etməyi qadağan edir:

“Yəni Tramp buna etiraz etməlidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: