ABŞ generalı açıqladı: Rusiyanı burada məğlub edəcəklər

“Tezliklə Ukraynada cənub-şərq istiqamətində böyük hücum əməliyyatları, Donbasda isə kiçik taktiki döyüşlər olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Mart Hertlinq deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu üçün əsas problem qoşunların sürətli toplana bilməməsi və hərbçilərin yorğunluğudur:

“Rusiya tərəfinin qoşunlarını gücləndirməkdən ötrü çoxlu sayda səfərbər edilmiş hərbçiləri var. Ukrayna üçün təkcə qoşunlarını hazırlamaq yox, eyni anda onları çoxsaylı yeni silah sisteminə inteqrasiya etmək də çətin lacaq”.

M.Hertlinq Kiyevin Krımla Donbası bir-birinə bağlayan yolu kəsməyə çalışacağını bildirib. O bununla da Rusiyanın logistik axınlarının qarşısının alınmasının planlaşdırılacağını deyib.

Amerikalı general bütün çətinliklərə baxmayaraq, Ukraynanın bu savaşda qalib gəlmək şanslarının hələ də çox olduğunu vurğulayıb.

Zaira Akifqızı
Globalinfo.az