Sədr müavini qeyd edib ki, xüsusi hərbi əməliyyatın məqsədləri ilkin olaraq Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyənləşdirilib və həmin hədəflər indiyədək faktiki olaraq dəyişməz qalıb.
Daha əvvəl, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter də açıqlamasında Ukraynanın Rusiya ilə münaqişədə sonda təslim olmağa məcbur qalacağını iddia edib. Onun fikrincə, Rusiyanın hücum əməliyyatlarının miqyası və intensivliyi o qədər genişdir ki, NATO ölkələri və ABŞ daxil olmaqla bu prosesi dayandırmaq mümkün deyil.