
ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını təsdiq edir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir. Bu, hər iki ölkə üçün prezident Trampın daha sülhsevər dünya baxışına uyğun olaraq onilliklər boyu davam edən münaqişə səhifəsini çevirmək üçün bir fürsətdir. İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, – o qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az