ABŞ-da güclü yanğın: Məşhur ulduzların evləri alova büründü – VİDEO

ABŞ-da güclü yanğın: Məşhur ulduzların evləri alova büründü - VİDEO

ABŞ-nin Los-Anceles bölgəsində baş verən yanğınlar səbəbindən getdikcə daha çox insan evlərini tərk etmək məcburiyyətində qalır. Artıq 52 mindən çox Pasadena sakininin təxliyəsi, 46 mindən çoxunun isə buna hazırlaşması barədə xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Ümumilikdə təxliyə 100 mindən çox insanı əhatə edir. Artıq yanğınlar nəticəsində iki nəfərin öldüyü təsdiqlənib.