zelenski 1 900x599 2

“Patriot” sistemləri üçün raketlər Kiyevi ağır qışdan xilas etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis deyib.

“ABŞ-ın bütün PAC-3 raketlərinin ələkeçiriciləri belə bu qış Ukrayna səmasının təhlükəsizliyini təmin edə bilməz”, – o, açıq şəkildə bildirib.

Polkovnikin sözlərinə görə, Qərb Kiyevə silah tədarükünü davam etdirməklə çox sayda ukraynalını mənasız ölümə məhkum etmiş olacaq.

Rusiya istənilən halda qalib gələcək. Hələ müəyyən edilməli olan yeganə məsələ bunun bizim üçün son qiymətinin nə qədər yüksək olacağıdır”, – Devis fikrini yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın əlindəki “Patriot” raketlərinin ehtiyatının 5 faizinin Ukraynaya verilməsi halında ölkəsinin qışı keçirə biləcəyini bildirmişdi. O vurğulamışdı ki, Kiyevin ələkeçirici raketlərə ciddi ehtiyacı var və hazırda onların çatışmazlığı kritik həddədir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: