Erməni general bu məlumatı Paşinyandan gizlətdi

“Əgər Nikol Paşinyana Şuşanın itirilməsi ilə bağlı yalan məlumat verib, həqiqəti gizlədiblərsə, onda niyə heç kim cəzalandırılmır?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəsinin keçmiş müavini, general-mayor Tiran Xaçatryan deyib.

O, Paşinyanın Şuşanın itirilməsi xəbərini separatçıların lideri Araik Arutyunyandan öyrənməsi, amma Baş Qərargahın bunu təkzib etməsi iddiasına münasibət bildirib:

“Doğrudan da, Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan bu məlumatı gizlədibsə, saxtakarlığa yol veribsə, o zaman niyə haqqında tədbir görülmür? Niyə həbs olunmur? Baxmayaraq ki, onun haqqında mütəmadi olaraq belə iddialar səsləndirilir.

Şuşanın geri alınması cəhdinə gəlincə, bəli, bunun üçün noyabrın 8-də əməliyyat keçirilib və uğursuzluqla nəticələnib”.

Ayşən Mustafa
Globalinfo.az