Agev

ABŞ İraq milli komandasının beş oyunçusuna viza verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.

“İbrahim Bayeşə, Mohanad Ali, Zaid Tahseen, Haider Abdulkərim və Ali əl-Həmadiyə viza verilməyib. Bunun səbəbləri açıqlanmayıb. İraq artıq Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FIFA) müraciət edib”, – deyə bildirilib.

Qeyd edək ki, dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İraq Norveç, Seneqal və Fransa ilə bir qrupda oynayacaq.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: