ABŞ-dan Ermənistana çağırış: Azərbaycanla razılaşın!

“Biz Ermənistanı Azərbaycanla yekun razılaşma əldə etməyə çağırırıq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.

“Bu görüş Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsinə nail olmaq kontekstində keçirilib. Biz Ermənistanı sülh yolunu tutmağa və Azərbaycanla yekun razılığa gəlməyə çağırırıq. Bu, regionun rifahının, xüsusən də Aralıq dənizindən Mərkəzi Asiyaya uzanacaq yeni ticarət yollarının uzunmüddətli təhlükəsizliyini və inkişafını təmin etmək üçün ən yaxşı variantdır”, – deyə Obrayen vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az