ABŞ-dan dəhşətli plan: hədəf Panama kanalı

ABŞ-dan dəhşətli plan: hədəf Panama kanalı

Pentaqon Panama kanalının ələ keçirilməsi ilə bağlı əməliyyat planı hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

Mənbənin iddiasına görə, amerikalı hərbçiləri ABŞ Prezidenti Donald Tramp administrasiyasının əmri ilə Panama kanalının ələ keçirilməsi ilə bağlı əməliyyat planı hazırlayıb. Hərbi gücdən istifadə ehtimalı isə Panama tərəfinin hərbi idarələr vasitəsilə ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır.

Qeyd olunur ki, Tramp administrasiyasının məqsədi Çinin Panama kanalına təsirini azaltmaqdır. Artıq bir neçə əməliyyat planının hazırlanıb müdafiə naziri Pit Heqsetə əqdim edildiyi deyilir. Pentaqon rəhbərinin apreldə Pnamaya səfəri gözlənilir.

Aysel Əliyeva
Globalinfo.az