ABŞ-dan Azərbaycanla Ermənistanın Moskvada danışıqlarına dair AÇIQLAMA

ABŞ Dövlət Departamenti Azərbaycanla Ermənistan arasında Moskvada baş tutacaq danışıqlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən deyib.

“Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir. ABŞ danışıqların harada getməsindən asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir”, – o qeyd edib.