WhatsApp Image 2025 12 25 at 11.14.01

Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və Cənubi Qafqazda dayanıqlı sülhə sadiqliyi alqışlayır.

Globalinfo.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqınına təbrikində deyilir.

ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş təbrikdə deyilir:

“Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Son bir il ərzində münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltdik və bu, vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələndi.

Biz regional infrastrukturun, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə tərəfdaşlığımızın daha da güclənəcəyinə ümid edirik.

Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylərdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Qarşıdan gələn ildə və sonrakı illərdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”.

Paylaş: