ABŞ-dan Azərbaycan Ordusu ilə bağlı paylaşım

ABŞ ordusunun Avropa Komandanlığı Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığının “X” hesabında Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə paylaşılan məlumatda deyilir.

“Silahlı Qüvvələr gününüz mübarək, Azərbaycan! Biz sizin Ordunun regional sabitliyə verdiyi töhfəni və güclü tərəfdaşlığımızı alqışlayırıq” – təbrik paylaşımında vurğulanıb.