ABŞ-dakı yanğınlarda kənar müdaxilə izi: Rəsmilərdən açıqlama

ABŞ-dakı yanğınlarda kənar müdaxilə izi: Rəsmilərdən açıqlama

Los-Anceles rəsmiləri baş verən hadisələrin yandırılma ehtimalı ola biləcəyini isisna etmirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə suala cavab verən rəsmilər araşdırmanın davam etdiyini deyiblər.

“Hazırda bu yanğınların hər birinin səbəbini və mənşəyini müəyyən etmək üçün güclü işçi qrupu fəaliyyət göstərir. Onların kənar müdaxilə ilə baş verməsi istisna edilmir. Palisades yanğınına gəlincə, bu anda kənar müdaxilənin olduğu qəti şəkildə müəyyən edilməyib. Lakin biz bütün variantları nəzərdən keçiririk”, – deyə Los-Anceles polisinin sözçüsü Dominik Çoi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az