ABŞ-da ticarət mərkəzində silahlı insident: Öldürülənlər var – VİDEO

ABŞ-da ticarət mərkəzində silahlı insident: Öldürülənlər var - VİDEO

ABŞ-nin Florida ştatının Doral şəhərində yerləşən “CityPlace Doral” ticarət mərkəzində silahlı atışma baş verib.

Globalinfo.az xəbər verir ki, insident nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Məlumatı Doral şəhərinin polis idarəsi də təsdiq edib. Məlumatda qeyd olunur ki, həyatını itirənlərdən biri polis işçisidir. Hücum edən şəxs öldürülüb.

Hələlik hadisənin digər təfərrüatları barədə məlumat verilmir.