ABŞ-da təyyarə alovlandı, sərnişinlər təxliyə edildi – VİDEO

ABŞ-da təyyarə alovlandı, sərnişinlər təxliyə edildi – VİDEO

ABŞ-ın Orlando şəhərində “Airbus A330” tipli sərnişin təyyarəsi alovlanıb.

Globalinfo.az xəbər verir ki, hadisə təyyarə Atlanta şəhərinə uçuşa hazırlaşarkən baş verib.

Hərəkətə başlayan zaman mühərriklərdən birinin çıxış borusunda alov müşahidə olunub.

Hadisə nəticəsində təyyarədə olan 200-dən çox sərnişin təxliyə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aysel Əliyeva
Globalinfo.az