
Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə “NBC Washington” telekanalına məlumat verib.
Məlumata görə, ölənlərin meyiti çaydan çıxarılıb.
***09:19
Hərbi helikopterlə toqquşan sərnişin təyyarəsinin düşdüyü Vaşinqtondakı çaydan 19 nəfərin meyiti çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “BNO News” informasiya portalı məlumat verib.
***08:51
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Globalinfo.az xəbər verir ki, polis ölənlərin sayını açıqlamadan bir neçə cəsədi çaydan çıxarıb.
Merilend rəsmiləri qəza yerinə dalğıclar göndərib.
X X X
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, təyyarənin göyərtəsində 60 sərnişin olub.
“NBC News”un məlumatına görə, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.
“Reuters“ isə helikopterdə üç hərbçinin olduğunu bildirib.
FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.














