ABŞ-da qadağa: onların uçuşuna icazə verilməyəcək

ABŞ-da qadağa: onların uçuşuna icazə verilməyəcək

ABŞ-da təyyarə qəzasından sonra hava limanının yaxınlığında helikopterlərin uçuşu qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Reyqan hava limanının yaxınlığında təyyarə qəzasının baş verməsi səbəbilə ərazidə “aşağı hündürlükdə dəhliz”in bağlandığı qeyd edilib.

Dəhlizin hansı müddətə bağlandığı barədə məlumat verilməyib.

Xatırladaq ki, Vaşinqtonda yanvarın 29-da sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə zamanı göyərtədə olan 60 sərnişin və 4 ekipaj üzvünün öldüyü bildirilib.

Əliyar Xəlil
Globalinfo.az