
ABŞ-da orta məktəbdə atışma olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Hadisə Dallas şəhərində baş verib. Məlumata görə, şagirdlərdən biri özzü ilə gətirdiyi silahla məktəbdə atəş açmağa başlayıb.
Hadisə yerinə tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Silahlı şəxsin axtarışları davam etdirilir.
Yaralıların dəqiq sayı açıqlanmasa da, onların həyati təhlükələrinin olmadığı bildirilir.
Aysel Əliyeva
Globalinfo.az