ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş verən silahlı insident nəticəsində 6 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat yayıb.
Hadisə iyulun 27-nə keçən gecə şəhərin şimal-qərbində yerləşən Humboldt-Park ərazisində baş verib.
Atəş nəticəsində iki qadın və dörd kişi yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Polis hadisənin səbəblərini araşdırır. Hazırda hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır.
Bundan əvvəl Kaliforniyanın Feyrfild şəhərində orta məktəbin buraxılış mərasimindən sonra naməlum şəxs məktəbin yaxınlığındakı avtomobil dayanacağında atəş açmışdı. Nəticədə 4 nəfər yaralanmış, onlardan biri həyatını itirmişdi.
Apreldə isə ABŞ-ın Luiziana ştatında ticarət mərkəzlərindən birində kütləvi atışma baş vermişdi.
Əliyar Xəlil
Globalinfo.az