ABŞ-da kilsədə atışma: ölənlərin sayı artıb

ABŞ-da kilsədə atışma: ölənlərin sayı artıb

ABŞ-ın Miçiqan ştatında silahlı şəxsin kilsəyə toplaşanlara atəş açması nəticəsində azı dörd nəfər həlak olub. Bu sayın artacağı ehtimal olunur.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Qrand-Blenk şəhərinin polis rəisi Uilyam Reyni bildirib.

Əvvəllər iki nəfərin öldüyü bildirilirdi. “Biz kilsədə daha iki cəsəd tapdıq, beləliklə, qurbanların ümumi sayı indi dörddür”, – o, Amerika telekanalları tərəfindən yayımlanan mətbuat konfransında deyib.

Reyni əlavə edib ki, cinayətkar – 40 yaşlı Tomas Xeykob Sənford atışma başladıqdan səkkiz dəqiqə sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

Dağıntılar altından yeni cəsədlərin tapılacağı istisna edilmir.