ABŞ-da Fələstinə dəstək mitinqi: yüzlərlə tələbə tutuldu

ABŞ-da 16 ştatda keçiriliən Fələstinə dəstək nümayişində yüzlərlə amerikalı tələbə həbs edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tələbələr universitet rəhbərliyinin onları dərslərdən uzaqlaşdırdığını bildirib.

Bununla belə 20-dən çox universitet şəhərciyində etiraz aksiyaları davam etdirilir..

Bundan əvvəl Nyu-Yorkdakı Kolumbiya Universitetinin rəhbərliyi Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin fəaliyyətini dayandırıb.