
ABŞ Prezidenti Donald Tramp əsas nailiyyətlərindən biri kimi yumurtanın ucuzlaşmasını göstərib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, vəzifəsinin ilk 100 gününü qeyd etmək üçün keçirdiyi tədbirdə danışıb.
“Səlahiyyətlərimə başladığım ilk həftədə yumurtanın qiymətinə görə məni tənqid etdilər. Amma ölkədə Pasxa bayramına görə yumurtanın qiyməti 87 faiz ucuzlaşıb. Bundan əlavə, benzinin, ərzaq və dərmanların qiymətləri aşağı düşüb”, – deyə Ağ Ev rəhbəri bildirib.
Günay Rəsulqızı
Globalinfo.az