Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinə ABŞ tərəfindən həbs qoyulub.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarə Florida ştatında saxlanılıb.
Buna səbəb kimi Venesuela hökumətinin ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozması göstərilir.
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduroya məxsus “Dassault Falcon 900“ təyyarəsinin müsadirə edildiyini təsdiqləyib.
Qeyd edək ki, ABŞ tərəfindən Nikolas Maduroya 2017-ci ildən sanksiya tətbiq edilir.
Müşviq tofiqoğlu
Globalinfo.az














