ABŞ Braziliyadan gələn mallara 50 faizlik rüsum tətbiq edəcək.
Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın açıqlamasına görə, 2025-ci il avqustun 1-dən etibarən Braziliyadan idxal edilən bütün mallara 50 faizlik rüsum tətbiq olunacaq.
Sənəddə qeyd edilir ki, bu addım ABŞ-ın iqtisadi maraqlarını qorumaq və ticarət balansındakı neqativ meyillərin qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, Tramp bundan əvvəl Yaponiya və Cənubi Koreyadan idxal olunan mallara da 25 faizlik rüsum tətbiq etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu qərar sözügedən ölkələrlə ticarət münasibətlərində yaranmış tarif və qeyri-tarif maneələrinə qarşı atılmış addımdır.
Tahir Turan














