ABŞ bu liderlərin başına pul qoyacaq – Rubio

rubio marko

“ABŞ Taliban liderlərinin başı üçün mükafat təyin edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio yanvarın 25-də deyib.

“Bəlkə də onlar Əfqanıstanda daha çox amerikalı girov saxlayırlar. Əgər bu doğrudursa, o zaman onların ali liderlərinin başı üçün böyük mükafat təyin edəcəyik. Bu hətta ben Laden üçün təyin etdiyimizdən çox olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə Talibandan Amerikanın milyardlarla dollarlıq silahını geri qaytarmağı tələb etmişdi.

Əliyar Xəlil

Globalinfo.az