“ABŞ Yaxın Şərqdə yeni geosiyasi qarşıdurmaya hazırlaşır. Əsas strateji planı İranı Suriyadan, Livandan və Ərəbistan yarımadasından çıxarmaqdan ibarətdir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ bu istiqamətdə hərbi qüvvələrini cəmləşdirir:
“İsrail-HƏMAS qarşıdurması yeni bir siyasi mərhələnin başlanmasına gətirib çıxarır. Nəticədə İran Yaxın Şərqdən çıxarılacaq. Qərbin İsrailə tam dəstəyi də bu kontekstdədir”.
Politoloq deyib ki, Suriya, Livan və Qəzza zolağında İranın dəstəklədiyi proksi qüvvələrə qarşı əməliyyatlar genişlənəcək:
“Türkiyə Yaxın Şərqdə baş verənlərdən kənarda qalmaq istəmir. Ona görə də Prezident Rəcəb Tayyib Ərdoğan ortaya Fələstinlə bağlı doğru strategiya qoyur. ABŞ Yaxın Şərqə yenidən qayıtmaq planını reallaşdırır. Səudiyyə Ərəbistanı, Misir, Körfəz ölkələri də ABŞ dəstəkləyir”.
Zaira Akifqızı
Globalinfo.az














