“ABŞ böyük şeytandır, yoxsa…” – Maskdan Xameneiyə ilginc sual

"ABŞ böyük şeytandır, yoxsa..." - Maskdan Xameneiyə ilginc sual

Amerikalı iş adamı İlon Mask İranın ali dini lideri Əli Xameniə sual ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Belə ki, Mask “ABŞ böyük şeytandır, yoxsa ən böyük?” , – deyə Xameneinin səhifəsinə şərh qeyd edib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə, o cümlədən uranın zənginləşdirilməsi üzrə Fordo zavoduna hücum edib.

Əliyar Xəlil
Globalinfo.az