ABŞ 6 ölkənin təşkilatlarını qara siyahıya saldı

ABŞ 6 ölkənin təşkilatlarını qara siyahıya saldı

ABŞ Ticarət Departamenti bazar ertəsi Böyük Britaniya, Keniya, Çin, Laos, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Sinqapur, Tailand və Cənubi Afrikadan olan 50 təşkilata ixrac məhdudiyyəti qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiya tətbiq olunan şirkətlərin hamısı beynəlxalq siyasi maraqlara və ABŞ-ın milli təhlükəsizliyinə zidd hərəkət ediblər.

ABŞ-in Sənaye və Təhlükəsizlik Bürosu Çindən 31, Keniyadan 1, Laosdan 1, Malayziyadan 1, Pakistandan 4, Sinqapurdan 1 strukturu qara siyahıya salıb.