Abdullahianın dəfn ediləcəyi yer və tarix açıqlandı

Helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dəfn olunacağı tarix və yer açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyasını dəyişən xarici işlər naziri ilə vida mərasimi bu cümə axşamı yerli vaxtla saat 09:00-da Tehranın Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda keçiriləcək. Həmin gün saat 11:00-da Şah Əbdül-Əzim məscidində dəfn ediləcək.

Qeyd edək ki, mayın 19-u baş vermiş qəza nəticəsində İran Prezidenti ilə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər həlak olublar.