Abdullahian nəhayət ki, Livana getdi, onunla görüşdü – FOTO

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Hizbullah hərəkatının rəhbəri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş Abdullahianın Livana səfəri çərçivəsində həyata keçirilib.

İran XİN rəhbəri Beyrutda hərəkatın baş katibi Seyid Həsən Nəsrullahla bir araya gəlib. Onlar HƏMAS və İsrail arasında davam edən münaqişəni müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 12-si İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq və Hələb hava limanlarına zərbə endirməsi nəticəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı Suriyaya aparan təyyarə Tehrana geri qayıtmışdı.

Ayşən Mustafa
Globalinfo.az