İran XİN başçısı Azərbaycana gəlir – TƏCİLİ

abdullahian

İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycana rəsmi səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Səfər çərçivəsində Abdullahianın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcəyi bildirilib.

Qeyd edək ki, xarici işlər nazirinin müavini Reza Nəcəfi də Bakıda keçiriləcək konfransda iştirak edəcək.

Ayşən Mustafa
Globalinfo.az