5a29f7d8 ee0d 4f85 980b de6114dee83f

“Regional kommunikasiyaların açılması ilə bağlı İran və Ermənistanın mövqeləri eynidir”. 

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

“Biz Ermənistanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə bağlı mövqeyimizi bir daha vurğulayırıq”, – Abdullahian bildirib.

İki ölkə rəsmisi Nikol Paşinyanın təklif etdiyi “Sülhün kəsişməsi” layihəsini də müzakirə ediblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: