Abdulla Gülün xanımını İngiltərədə soydular

Abdulla Gülün xanımını İngiltərədə soydular

Türkiyənin sabiq prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gül İngiltərədə soyğunçuluğa məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Abdulla Gülün mətbuat müşaviri Birol Avşar bildirib ki, cütlük Türkiyəyə qayıdan zaman H.Gülün çantası polis tərəfindən oğurlanıb. Çantada avro və funt-sterlinq olub.

Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib.