AB Çinlə ticarət müharibəsinə hazırlaşır – “Ekonomist”

AB Çinlə ticarət müharibəsinə hazırlaşır – “Ekonomist”

Avropa Birliyi elektromobillərin rüsumlarına görə Çinlə ticarət müharibəsinə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Ekonomist” jurnalı çıxış edib.

Jurnal bildirib ki, Avropa Komissiyasının Çin elektromobillərinə rüsumu artırmasından sonra Pekin əks addımlar atıb. Nəticədə Çinin öz avtomobil istehsalçılarına yerli bazarda artıq daha münbit şərait yaranıb.

“Ekonomist”ə danışan ticarət üzrə keçmiş avrokomissar Sesiliya Malmstryomun sözlərinə görə, AB-Çin danışıqları tariflərin endirilməsinə şərait yaratsa da, digər rüsumları ləğv etməyəcək.

Qeyd edək ki, Avropa Birliyi bundan öncə Çin elektromobilləri üçün gömrük rüsumunu artırıb. Bu addımın daha çox AB bazarını qorumaq üçün atıldığı vurğulanıb. Lakin Çini bu cavab qane etməyib və Pekin sərt reaksiya verəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az