Azərbaycan Prezidenti İlham Əliyev Bakıda təşkil olunan FİFA U-15 Dünya Çempionatının final qarşılaşmasını izləyib.
Globalinfo.Az Axar.Az-a istinadən xəbər verir ki, final oyununda Çexiya və İspaniya yığmaları üz-üzə gəliblər. Qarşılaşma ispanların 3-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Prezident İlham Əliyev qarşılaşmadan sonra qalib komandaya medalları təqdim edib.