WhatsApp Image 2025 11 26 at 15.30.37

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla bağlı son bəyanatlarını şərh edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Simonyan etiraf edib ki, Ermənistan parlamentində və mediada kifayət qədər təhqiramiz ifadələr işlədilir, lakin buna diqqət yetirilmir:

“Biz parlament tribunasından və mediada az sərt ifadələr işlətmirik. Amma bunu hiss etmirik, çünki 30 ildir ki, ən yaxşı və ən kəskin ifadə qonşu ölkənin xalqını təhqir etmək olub”.

A.Simonyan qeyd edib ki, rəsmi Bakıdan verilən açıqlamalar Ermənistanda həssaslıqla qarşılanır:

“Mən cənab İlham Əliyevə də demişəm ki, sizin bəyanatlarınız Ermənistanda çox həssas qarşılanır. Biz sülhdən danışarkən sizin də mühüm rolunuz var və çıxışlarınız Ermənistanda diqqətlə dinlənilir. O da qulaq asdı və mənə “Yaxşı” dedi”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: