4f977460 70d7 3c0c 9dd3 732987c4a179


Ukraynada gedən döyüşlərdə əslən azərbaycanlı olan hərbçi həlak olub. Kirovoy Roq şəhəri azərbaycanlılar Konqresinin sədri Rəmzi Rzayevin “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Balakən rayonundan olan, Ukrayna vətəndaşı Əliyev Rüstəm Ramazan oğludur.

O, Xerson istiqamətində Knyazovka rayonunda artilleriya atışmaları nəticəsində həlak olub.

R.Rzayev bildirib ki, daha bir azərbaycanlı da bundan əvvəl həlak olub.

Konqres onların dəfni, ailələrinə dəstək məsələlərində yaxından iştirak edib.

2a18a70d 3247 36f7 80ae 6dcfbe1e3d3d

Paylaş: