iran 1112

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İranın nüvə proqramı ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasına yenidən göndərilməsini nəzərdə tutan qətnaməni qəbul edib.

Globalinfo.az xəbər verir ki, qətnamə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın təşəbbüsü ilə hazırlanıb. Sənəd 35 üzvdən 23-nün dəstəyi ilə qəbul olunub. Rusiya, Çin və Niger qətnamənin əleyhinə səs verib, səkkiz ölkə isə bitərəf qalıb.

MAQATE-nin qərarı İranın nüvə proqramı ilə bağlı araşdırmalarda agentliklə kifayət qədər əməkdaşlıq etməməsi və bəyan edilməmiş obyektlərdə aşkar olunan uran izləri ilə bağlı sualların cavabsız qalması fonunda qəbul edilib. Bu, İran nüvə dosyesinin təxminən 20 ildən sonra ilk dəfə BMT Təhlükəsizlik Şurasına qaytarılması deməkdir.

Tehran isə qərarı rədd edib. İran tərəfi MAQATE-nin addımını siyasi və qərəzli hesab edir və nüvə proqramının dinc məqsədlər daşıdığını bildirir.

Məsələnin Təhlükəsizlik Şurasına çıxarılması İrana qarşı beynəlxalq təzyiqlərin və mümkün sanksiyaların yenidən gündəmə gəlməsi riskini artırır.

Tahir Turan
Globalinfo.az

Paylaş: