zelenskiy reu 2076192

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlara və Rusiya şəhərlərinə uçuş həyata keçirən aviaşirkətlərə müraciət ünvanlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı Rusiya səmasının təhlükəsiz olmadığını bildirib.

“Rusiya hava məkanından istifadə edən hər bir aviaşirkəti, hər bir sığortaçını və hələ də əsas Rusiya hava limanlarından istifadə edən hər kəsi xəbərdar etmək istəyirik: Rusiya səması tamamilə təhlükəli hala gəlir”, – deyə Zelenski vurğulayıb.

Eyni zamanda, prezident qeyd edib ki, Ukrayna mülki aviasiya üçün, bir dənə belə mülki təyyarəyə heç bir təhlükə yaratmır.

“Sadəcə, Rusiya səmasında o qədər çox sayda dron olacaq ki, diqqət yetirməliyik. Rusiya hakimiyyəti bunu düzgün şəkildə bildirməsə də, Rusiya səması faktiki olaraq bağlanacaq: Rusiyanın başlatdığı müharibə onun səmasını bağlayır”, – deyə Zelenski vurğulayıb.

Paylaş: