Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.
Globalinfo.az xəbər verir ki, “Unikal” məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.
A.Nəcəfli isə “yollarla bağlı sorğunuz varsa, buyurun”, – deyə bildirib.
Globalinfo.az bildirir ki, diqqətçəkən məqam A.Nəcəflinin hələ də sosial şəbəkədə qurumla bağlı paylaşımlara davam etməsidir. Bu açıqlaması onun qurumla bağlı məsələlərdə hələ də məsul olması kimi şərh edilir.
***09:00
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli vəzifəsindən azad edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Bildirilir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.
Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.