Dünyanın ən yaşlı dövlət başçısı, 93 yaşlı Kamerun Prezidenti Pol Biya iki aydan çoxdur ölkədə yoxdur.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayılıb.
Bildirilir ki, Biya iyunun 7-də Avropaya qısamüddətli şəxsi səfər üçün Kamerunu tərk edib.
“Lakin səfər uzanıb və prezident bu müddətdə ictimaiyyət qarşısına çıxmayıb. Hazırda onun İsveçrədə olduğu deyilir”, – deyə qeyd olunub.
Prezidentin uzun müddət ölkədən kənarda qalması müxalifətin tənqidlərinə səbəb olub.
Müxalifət ölkədə faktiki hakimiyyət boşluğu yarandığını iddia edir.
Xatırladaq ki, Pol Biya 1982-ci ildən Kameruna rəhbərlik edir. O, 2025-ci ildə keçirilən seçkidə yenidən prezident seçilib.