“İran rəhbərliyi eyni vaxtda həm Vaşinqtonla danışıqlar aparmağa çalışır, həm də bunu ictimai şəkildə inkar edir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, ABŞ ilə İran arasında danışıqların yeni mərhələsinin başlanacağını da açıqlayıb.
“Tehran Vaşinqtonla görüşlərin keçirilməsinə can atır, hətta yalvarır. Amma eyni zamanda ABŞ-la heç bir danışıqlar aparmadığını, yalnız Omanla əlaqədə olduğunu iddia edir. İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür!” – deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, İranın əks bəyanatlarına baxmayaraq, ABŞ hərbi qüvvələri Hörmüz boğazına tam nəzarət edir.
Tramp həmçinin vurğulayıb ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı məsələnin həlli üçün danışıqlar aparır:“İran heç vaxt nüvə silahına sahib olmayacaq!”
Əliyar Xəlil
Globalinfo.az