hiWqyddOXwpNreVzonch4tK8TqB4MFaWByTBqMYR 1200 2

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsinin 100 kv. m. hissəsi əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə nəticəsində evin birinci mərtəbəsinin bir otağı tamamilə yanıb. Hadisə yerinə FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Evin digər otaqları yanğından mühafizə olunub.

FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin əməliyyat növbətçisi Elxan Bədəlov bildirib ki, nazirliyin qaynar xəttinə yanğın barədə məlumat saat 21:24-də daxil olub: “Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb”.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

hiWqyddOXwpNreVzonch4tK8TqB4MFaWByTBqMYR 1200 3 HOjt2b753EtUPKoIVac2kpAS5NjICREtgGmjutWQ 1200 1 MiAuh2pquvC2Z1lXTtXHhSF94JeKo3sMqsa5RmCD 1200 1 qq3KfzfJi96rO0Aj4zTlkOqMFkPqPwR59rQPHrMU 1200 VCkE2HfZfJpVMPL0mrEDnqHNy0qZnP9yA9F0cZBs 1200 1

Paylaş: