owl detail 620 84ffb94bc2d970e02bac1176673c7655

ABŞ-ın Viskonsin ştatında yaşayan 109 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Milwaukee Journal Sentinel” məlumat yayıb.

Bildirilib ki, Sara Levin 12 iyun 1917-ci ildə İllinoys ştatında dünyaya gəlib. O, 1939-cu ildə evlənərək Rasin şəhərinə köçüb və həmin vaxtdan burada yaşayır.

Yaşına baxmayaraq, aktiv həyat tərzini davam etdirir, fortepiano çalır və bu bacarığını övladlarına, nəvələrinə öyrədib.

S.Levin uzunömürlülüyünün sirrini üç sadə şeydə görür:

“Düşünürəm ki, çox gəzmək bu məsələdə vacib şərtdir. Mən həyatım boyu çox gəzmişəm. Həmçinin heç vaxt fastfud yeməmişəm. Üçüncü səbəbi isə ailə sevgisidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: