Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan Avropa İttifaqına inteqrasiya kursunu davam etdirsə, ölkədə enerji qiymətləri arta və iqtisadi geriləmə baş verə bilər.
Globalinfo.az xəbər verir ki, Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqında əldə etdiyi güzəştlərin paket şəkildə təqdim olunduğunu vurğulayıb.
“Əgər Avropa İttifaqındakı kimi yaşamaq istəyirlərsə, qiymətlər də buna uyğun olmalıdır”, – deyə o bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, Moskva Ermənistanın Aİİ-dən ayrılmasını istəmir, lakin İrəvanın seçdiyi siyasi kurs müəyyən iqtisadi risklər yaradır.
Əliyar Xəlil